Sizi təbiətin və tarixin qovuşduğu bir məkanda - Azərbaycanın Palçıq Vulkanları Turizm Kompleksində salamlayırıq!
Azərbaycan planetimizdə palçıq vulkanlarının geniş yayıldığı region kimi tanınır. Dünyada mövcud olan palçıq vulkanlarının 350-dən çoxu Azərbaycanda yerləşir və onlar ölkəmizin müxtəlif bölgələrinə paylanıblar. Kompleksimiz onlardan bir qrupu - "Qılınc" palçıq vulkanları ilə tanışlıq imkanı yaradır.
Azərbaycanın palçıq vulkanları ilə tanışlıq ziyarətçilərə planetimizin möcüzəli təbiət hadisəsini izləmək, Yerin geoloji quruluşu barədə bilgilərini dərinləşdirmək üçün unikal fürsət yaradır.
Azərbaycanın məşhur palçıq vulkanlarına heyran qalacağınızdan əmin ola bilərsiniz!