logo
  • EN UK Flag
  • AZ UK Flag
  • RU UK Flag
burger menu
burger menu close button
  • EN
  • AZ
  • RU
Qonağımız olun Palçıq vulkanları haqqında Azərbaycanın palçıq vulkanları Nələri görmək olar Nələri etmək olar Necə getmək olar Təhlükəsizlik və ziyarət qaydaları

Palçıq Vulkanları Turizm Kompleksinə giriş biletini aşağıdakı linkdən əldə edə bilərsiniz:

Bilet al
Palçıq Vulkanları Turizm Kompleksini ziyarət
TƏHLÜKƏSİZLİK VƏ ZİYARƏT QAYDALARI

1. Palçıq vulkanları ekskursiya marşrutundan kənara çıxmaq, vulkanlara 5 metrdən çox yaxınlaşmaq qadağandır.

2.Palçıq vulkanlarının yaxınlığında od alışdırmaq, kibrit yandırmaq, tonqal qalamaq qəti qadağandır

3. Kompleks  ərazisində kommersiya məqsədilə (peşəkar avadanlıqlarla) foto və video çəkiliş aparılması üçün icazə alınmalıdır.

4.Kompleks ərazisində dronla çəkiliş aparmaq qadağandır

5. Kompleks ərazisində idman oyunları oynamaq qadağandır.

6. Kompleks ərazisinə, vulkanların ətrafına qida məhsullarının gətirilməsinə, piknik təşkil olunmasına icazə verilmir.

7. Ekskursiya marşrutuna velosiped, at və digər minik vasitələri ilə daxil olmaq qadağandır.

8. Kompleks ərazisində müəyyən edilmiş yollardan kənarda mexaniki nəqliyyat vasitələrinin hərəkətinə və dayanmasına icazə verilmir.

9. Palçıq vulkanlarının ekoloji, elmi, mədəni və rekreasiya dəyərini aşağı sala bilən digər fəaliyyət növlərinin həyata keçirilməsinə icazə verilmir

10. Azyaşlı uşaqları nəzarətsiz buraxmayın.

11. Qoruq ərazisində təmizliyə riayət edin.

 

SƏRGİ ZALINI ZİYARƏT QAYDALARI

 

Sərgiyə bilet alan bütün şəxslər bu qaydalarla razılaşır və onlara əməl etməyi öhdələrinə götürürlər:

1. Sərgi zallarında sakitliyə riayət edilməlidir.

2. Sərginin ərazisində ümumi qəbul edilmiş davranış normalarına riayət edilməlidir. 

3. Sərgi zalında ictimai asayişi pozan hərəkətlər etmək qadağandır.

4. Sərgi zalına ev heyvanları ilə daxil olmaq qadağandır.

5. Ekspozisiya zallarında maketlərə və heyvan skletlərinə toxunmaq qəti qadağandır.

6. Muzeydə kommersiya məqsədilə (peşəkar avadanlıqlarla) foto və video çəkiliş aparılması üçün icazə alınmalıdır.

7. Bu Qaydalar pozulduqda, kompleks rəhbərliyi pozuntuya yol vermiş şəxsin sərgini ziyarətini qadağan etmək hüququna malikdir.

Ünvan
Abşeron rayonu, Palçıq Vulkanları Turizm Kompleksi.

Necə getmək olar: Palçıq Vulkanları Turizm Komleksi Bakıdan təxminən 1,5 saatlıq məsafədə, Abşeron rayonu ərazisində yerləşir. Kompleksə getmək üçün Bakının mərkəzindən avtomobil vasitəsilə E119 avtomagistralı ilə hərəkət edərək "Qobustan" Milli Tarix-Bədii Qoruğunun yanından keçən yol ilə qəsəbəyə doğru irəliləmək lazımdır.
İş saatları
Hər gün 10:00 - 19:00
Əlaqə
[email protected] [email protected]
(+994) 12 505 87 04 (+994) 51 975 62 77
Bizi izləyin
Sosial media səhifələrimiz
Social Links Instagram Social Links facebook
logo
Copyright 2025, Bütün hüquqlar qorunur